https://525.az/img/pics/medium/2026-07/396239_ocaknnidt4.jpg Səhnə işinin görünməyən ustaları
https://525.az/img/pics/medium/2026-07/396233_d2rphdu35a.jpg Dəqiqələr sürən bəxtiyarlığa yarım əsrə gəlinən yol - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
search
3 İyul 2026
2 İyul 2026

Qurban Qurbanovdan bugünkü püşkə münasibət

Qurban Qurbanovdan bugünkü püşkə münasibət

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib. 

QOL.az bu haqda klubun saytına istinadən xəbər verir. Təcrübəli mütəxəssis “Qarabağ”la üz-üzə gələcək “Nyukasl” barədə fikirlərini bildirib:
 
“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğuru olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. 

“Nyukasl” ciddi rəqibdir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.