|
|
|
|

İtaliyanın Neapol şəhərində yanğın baş verib.
525.az yerli mətbuata istinadən xəbər verir ki, yanğın zamanı 180 illik tarixi Sannazaro Teatrının binası alovlar içərisində qalıb. Teatrın damı uçub, binaya ciddi ziyan dəyib.
Yanğınsöndürənlər alovla mübarizə apararkən ətrafdakı insanlar təxliyə edilib. Bu səbəbdən də yanğın zamanı xəsarət alan olmayıb.
İbrahim Cəfərov



