|
|
|
|

Portuqaliyada zəlzələ baş verib.
525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin 4.1 bal gücündə olduğu və 14.6 km dərinlikdə baş verdiyi bildirilib.
Yeraltı təkanların episentri paytaxt Lissabondan 39 km məsafədə olub.
Zəlzələ zamanı hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb.
İbrahim Cəfərov



