|
|
|
|

Çilinin paytaxtı Santyaqonun şimalında qaz tankeri partlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, maye qaz daşıyan tanker Santyaqonun Renca rayonunda partlamadan əvvəl aşıb və digər avtomobillərə çırpılıb.
Partlayış nəticəsində 4 nəfər hadisə yerində ölüb, bəziləri ağır olmaqla 17 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və xilasetmə qrupları göndərilib. Partlayış nəticəsində 7 avtomobil yanıb, magistral avtomobillərin hərəkəti üçün bağlanıb.
Qəza ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov




