|
|
|
|

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyəti müzakirə edib.
525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Nazirlər Cenevrədə keçirilmiş ABŞ-İran danışıqlarının nəticələri də nəzərə alınmaqla İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin prinsiplərinə uyğun olaraq İranın qanuni hüquqlarına hörmətlə yanaşılmaqla, siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib.
Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran konkret ikitərəfli məsələləri müzakirə ediblər.
Pərvanə Sultanova



