|
|
|
|

ABŞ Prezidenti Donald Tramp Rom şəhərinə (Corciya ştatı) işgüzar səfəri zamanı "The Varsity" “fast-food” restoranına baş çəkib və qamburger alıb.
525.az xəbər verir ki, bununla bağlı görüntüləri Newsmax telekanalı yayımlayıb.
"Mən tamamilə ciddiyəm. Qamburgerləri gətirin, mən ntq söyləməliyəm, sonra qayıdacağam və nahar edəcəyik, onları yenidən qızdıracaqlar. Air Force One təyyarəsində yaxşı istilik avadanlığı var. Biz təyyarədə nə lazımdırsa, edə bilərik", - Tramp əlavə edib.
Newsmax tərəfindən yayımlanan videoda ABŞ Prezidenti həmçinin restoranın işçiləri ilə söhbət edib və onlarla şəkil çəkdirib.
Pərvanə Sultanova



