|
|
|
|

Dünən axşam saatlarında Malayziya sahillərində 7,1 bal gücündə güclü zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Kota-Kinabalu şəhərindən 97 km şimalda, episentri 620 km dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat verilmir.
L.Tağıyeva



