|
|
|
|

Ukrayna Prezidenti Volodimir Zelenski iki il bunkerdə yaşadığını bildirib.
525.az xəbər verir ki, bu barədə o, “France-Presse" agentliyinə müsahibədə deyib.
"İki il bunkerdə yaşadım. İki il orada yaşadım, amma ofisdə işlədim. İndi gecələr bunkerə düşürəm”, - Zelenski söyləyib.
Əlavə edib ki, yaxın günlərdə bunkerini jurnalistlərə göstərməyi və orada mətbuat konfransı təşkil etməyi planlaşdırır.
Pərvanə Sultanova



