|
|
|
|

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını 297 maddə ilə genişləndirib.
525.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına 240 hüquqi şəxs, 7 fiziki şəxs və 50 gəmi daxildir.
Məhdudiyyətlər BƏƏ və Çindən olan hüquqi şəxslər də daxil olmaqla xarici şirkətlərə də təsir göstərib. Belə ki, BƏƏ-nin 142, Çinin 39, Tailandın üç və Hindistanın iki şirkəti, Varşavada yerləşən “Alliance Capital” şirkəti, Gürcüstan Imedi TV və POSTV kanalları sanksiyalara məruz qalıb.
Pərvanə Sultanova



