|
|
|
|

“İran və Ermənistan genişmiqyaslı hərbi təlimlər keçirə bilər”.
525.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bildirib.
“Ölkələrimizin müdafiə də daxil olmaqla müxtəlif sahələrdəki əlaqələrini nəzərə alsaq, hərbi təlimlər gələcəkdə də baş tuta və daha böyük miqyasda keçirilə bilər”, - səfir deyib.
O, Ermənistanın müdafiə naziri Suren Papikyanın hazırda Tehranda rəsmi səfərdə olduğunu və bu səfərin iki ölkə arasında münasibətlərin yüksəlişini nümayiş etdirdiyini söyləyib.
İranlı diplomat deyib ki, Papikyanın səfəri əvvəlcədən planlaşdırılıb: “Bu səfər zamanı tərəflər müxtəlif mövzular üzrə fikir mübadiləsi apara və əməkdaşlığı dərinləşdirə biləcəklər”.
Pərvanə Sultanova



