|
|
|
|

Hindistanın Carkhand əyalətində təcili yardım təyyarəsi qəzaya uğrayıb.
525.az “India Today” saytına istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Baş Müdirliyi (DGCA) məlumat yayıb.
Qeyd olunub ki, “Redbird Airways”ə məxsus “Beechcraft C90” təyyarəsi Carkhand əyalətinin paytaxtı Rançidən havaya qalxıb. Havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Daha sonra təyyarənin Çatra bölgəsində qəzaya uğradığı müəyyən edilib.
Çatra bölgə komissarı Keerthishree G. təcili yardım təyyarəsində olan yeddi nəfərin hamısının həyatını itirdiyini söyləyib. O bildirib ki, təyyarədə iki pilotdan başqa, bədəninin 63 faizi yanmış 41 yaşlı xəstə, onu müşayiət edən iki ailə üzvü, bir həkim və bir tibb işçisi olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov



