|
|
|
|

Rusiyanın paytaxtı Moskvada Savelovski vağzalının yaxınlığında partlayış baş verib.
525.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs Savelovski stansiyası meydanında növbətçi yol polisi maşınına yaxınlaşıb. Bunun ardınca naməlum qurğunun partlaması nəticəsində bir polis əməkdaşı həlak olub, ikisi yaralanıb. Partlayışı törədən şəxs də hadisə yerində ölüb.
Rusiya İstintaq Komitəsi partlayışla bağlı araşdırmalara başlandığını açıqlayıb.
İbrahim Cəfərov



