|
|
|
|

Pakistanın Bəlucistan əyalətinin Pəncqur bölgəsində baş verən silahlı insidentlər nəticəsində ümumilikdə 8 nəfər həlak olub.
525.az xəbər verir ki, bu barədə yerli “Davn” qəzeti məlumat yayıb.
Bildirilib ki, motosiklet sürən silahlı şəxslər Pəncqur bölgəsində yoldan keçən iki avtomobilə atəş açıblar. Nəticədə avtomobillərdə olan 6 nəfər ölüb. Hücum edənlər hadisə yerindən qaçmazdan əvvəl hər iki maşını yandırıblar.
Başqa bir hadisə isə İranla sərhəddə yaşanıb. Pəncqur bölgəsində təhlükəsizlik qüvvələri iki maşını saxlamağa çalışsalar da, sürücülər dayanma əmrinə tabe olmayıblar. Maşınlardan birinin sürücüsü qaçmağa cəhd edərkən təhlükəsizlik qüvvələri atəş açıb. Nəticədə maşında olan iki əfqan qadın həlak olub. Sonradan məlum olub ki, avtomobillərdə olan şəxslər Pakistana qanunsuz daxil olmuş əfqan miqrantlardır.
İbrahim Cəfərov



