|
|
|
|

İranda helikopter qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident İsfahan əyalətinin Dorçi şəhərində qeydə alınıb. Hələ məlum olmayan səbəbdən helikopter meyvə-tərəvəz bazarına çırpılıb.
İran dövlət televiziyası qəzaya uğrayan helikopterin görüntülərini paylaşıb. Görüntülərdə yanğınsöndürənlərin qəzadan sonra baş verən yanğına müdaxilə etdiyi görünür.
İlkin məlumata görə, hadisə nəticəsində azı 4 nəfər həlak olub.
Qəza ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov



