|
|
|
|

Papa XIV Leo Əlcəzairə ilk dəfə rəsmi səfər edəcək.
525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Səfər aprel ayında planlaşdırılıb.
"Papa Leo XIV 13-15 aprel tarixlərində Əlcəzairə rəsmi səfər edəcək. Vatikanın bu səfəri gələn həftə elan etməsi gözlənilir", - xəbərdə deyilir.
Məlumata görə, Papa Əlcəzair və Annaba şəhərlərini ziyarət edəcək. Səfər proqramına rəsmi müraciətlə yanaşı, Afrika Bizim Xanım Katedralına, Müqəddəs Avqustin Bazilikasına ziyarət də daxildir.
Pərvanə Sultanova



