|
|
|
|

Özbəkistanln "Uzbek Overseas” Geologiya şirkəti Əfqanıstanda geoloji kəşfiyyat işlərinə başlayıb.
525.az xəbər verir ki, bu barədə yerli media xəbər yayıb.
Məhəmməd-Cəndəhar, Şamar və Əhmədabad bloklarında işlər davam edir. Missiyanın məqsədi karbohidrogen (neft və qaz) ehtiyatlarının, eləcə də dəmir və mis yataqlarının tapılmasına yönəlib.
Layihə Özbəkistanın Mədən və Geologiya Nazirliyi ilə Əfqanıstanın Mədən və Neft Nazirliyi arasında əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Özbəkistanla Əfqanıstan arasında xarici ticarət 2025-ci ildə 1,5 milyard dollara çatıb, bu da 2024-cü illə müqayisədə 53 faiz artım deməkdir. Tərəflər bu rəqəmi 5 milyard dollara çatdırmaq niyyətindədirlər.
Pərvanə Sultanova



