|
|
|
|

“Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli danışıqlar martın əvvəlində keçirilə bilər”.
525.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə deyib.
O bildirib ki, 26 fevralda Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerovla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun görüşü keçiriləcək. Bu, ABŞ nümayəndələri ilə birinci ikitərəfli görüş olacaq.
"Birinci məsələ Ukraynanın bərpası paketidir və biz detalları müzakirə edəcəyik. İkinci məsələ isə Rusiya ilə keçiriləcək və fikrimizcə, martın əvvəlində baş tutacaq üçtərəfli görüşə hazırlıqdır. Bundan əlavə, Umerova mübadilənin təfərrüatlarını müzakirə etmək tapşırılıb”, - Zelenski söyləyib.
Pərvanə Sultanova



