|
|
|
|

Fevralın 22-də "Jalisco New Generation Cartel"in (CJNG) lideri və ölkədə ən çox axtarılan narkotik baronu El Mençonun öldürülməsindən sonra Meksikada baş verən zorakılıq nəticəsində ölənlərin sayı 73-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kartel üzvlərinin törətdiyi zorakılıq bir çox ştatlarda, ilk növbədə Xaliskoda davam edir.
İndiyədək qarşıdurmalarda 25-i təhlükəsizlik işçisi olmaqla ümumilikdə 73 nəfər həyatını itirib.
Meksikanın təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Qarsia Harfuç təhlükəsizlik tədbirlərinin artırıldığını bəyan edərək, ictimaiyyəti sakit olmağa çağırıb.
O bildirib ki, əksər yollar nəqliyyat üçün açılıb, təhlükəsizlik qüvvələri nəzarəti bərpa edib və bütün ölkədə həyat normallaşmağa başlayıb.
Bununla belə, sosial şəbəkələrdə yayılan görüntülər bir çox ştatlarda yolların bağlanması, avtomobillərin yandırılması və təhlükəsizlik qüvvələrinə hücumların davam etdiyini göstərir.
Həmçinin hökumətin zorakılıqların gücləndiyi ştatlara 10 min əsgər yerləşdirdiyi bildirilir.
İbrahim Cəfərov



