|
|
|
|

Pakistanın Pəncab əyalətində kamikadze hücumu nəticəsində 2 polis əməkdaşı həlak olub.
525.az “Geo News”a istinadən xəbər verir ki, kamikadze iftar vaxtı Pəncab və Xayber Paxtunxva əyalətlərini birləşdirən körpünün yaxınlığında hücum həyata keçirib.
Hücumda 2 polisin həyatını itirib, yaralanan 3 polis isə xəstəxanaya aparılıb.
Pakistan prezidenti Asif Əli Zərdari verdiyi açıqlamada hücumu şiddətlə qınayıb və həyatını itirənlərin ailələrinə başsağlığı verib.
İbrahim Cəfərov



