|
|
|
|

Dünən günorta saatlarında Cənubi Koreyada F-16C qırıcısı qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.
Təyyarə Şimali Kensan vilayətində, Yencu şəhəri yaxınlığında dağlıq ərazidə yerə çırpılıb. Pilot vaxtında katapult edə bilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu, gün ərzində ikinci F-16 qəzasıdır. Ötən gecə Türkiyədə yaşanan analoji hadisədə pilot həlak olub.
L.Tağıyeva



