|
|
|
|

Norveç kralı Harald infeksiya və susuzluq səbəbindən tətildə olduğu İspaniyanın Tenerife şəhərində xəstəxanaya yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Kral Sarayı məlumat yayıb.
89 yaşlı kral Haraldın vəziyyətinin yaxşı olduğu bildirilib. Həmçinin qeyd olunub ki, kralın şəxsi həkimi Tenerifeyə səfər edəcək.
Norveçin Baş naziri Yonas Qahr Store yerli mətbuata verdiyi açıqlamada "Kralımızın tezliklə sağalmasını arzulayıram" deyib.
Qeyd edək ki, 1991-ci ildə atası V Olavın ölümündən sonra taxta çıxan Harald Avropada yaşayan ən yaşlı monarx titulunu daşıyır.
İbrahim Cəfərov



