|
|
|
|

Yəməndə 16 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
525.az xəbər verir ki, bu barədə Yəmən dövlət televiziyası məlumat yayıb.
Xəbərə görə, qəza Abyan əyalətinin Əl-Mahfed rayonunun Abyan-Şəbva magistral yolunda kiçik sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində baş verib.
Qəzada 8-i qadın və uşaq olmaqla 16 nəfər həyatını itirib.
Bildirilib ki, toqquşmadan sonra mikroavtobusda yanğın baş verib, nəqliyyat vasitəsi tamamilə yanıb, içərisində olan bütün sərnişinlər tələf olub.
Qeyd edək ki, Abyanda oxşar qəzalar əvvəllər də baş verib. Bildirilir ki, bəzi ərazilərdə yolların pis vəziyyətdə olması bu cür ağır qəzalara səbəb olur.
İbrahim Cəfərov



