|
|
|
|

ABŞ rəhbərliyi hesab edir ki, İrana qarşı hərbi ssenarinin tətbiqi nüvə danışıqlarında Tehrandan güzəştlər əldə etməyə kömək göstərəcək.
525.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərinə istinadən “The New York Times” (NYT) məlumat yayıb.
Nəşrin mənbələri qeyd edib ki, ABŞ-da İrana mümkün zərbələr barədə yekun qərar hələ verilməyib: “Bununla belə, Ağ Ev hesab edir ki, danışıqlar irəliləməsə, İranın nüvə və raket qurğularına məhdud zərbələr Tehranı güzəştə getməyə vadar edə bilər. Hücum Vaşinqtona İran üzərində hərbi qələbə elan etmək üçün bəhanə də verə bilər. ABŞ, həmçinin İrana qarşı daha geniş hərbi kampaniya başlatmağı və məhdud hərbi müdaxilədən sonra Tehran diplomatik güzəştlərə getməsə, ölkə daxilində kütləvi hücumlar başlatmağı düşünür”.
NYT-nin mənbələri bildiriblər ki, bölgədəki ABŞ qüvvələri yalnız 7-10 günlük hərbi kampaniya üçün kifayət edər. Bundan əlavə, Vaşinqton İrandan əhəmiyyətli bir hərbi cavab alacağını, Tehranın İsrailə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına hücumlarının qaçılmaz olduğunu da istisna etmir.
Pərvanə Sultanova



