|
|
|
|

"İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbə endirib"
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu müdafiə naziri İsrael Katz deyib.
O bildirib ki, yaxın gələcəkdə İsrail Dövlətinə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir.
Buna görə də, müdafiə naziri İsrael Katz İsrail Dövlətinin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət tətbiq ediləcək xüsusi bir əmr imzalayıb.



