|
|
|
|

“ABŞ İranda genişmiqyaslı hərbi əməliyyatlara başlayıb”.
525.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O deyib ki, Amerikanın İrana qarşı əməliyyatının məqsədi onun nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
"Amerika Birləşmiş Ştatlarının, xüsusən də mənim administrasiyamın məqsədi bu terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq olub. Yenə də deyirəm: onların heç vaxt nüvə silahı olmayacaq", - Tramp videomüraciətində bildirib.
Pərvanə Sultanova



