|
|
|
|

"Qətər hakimiyyəti İranın zərbələrindən sonra ehtiyat tədbiri olaraq bəzi obyektlərdə qaz hasilatını dayandırmaq qərarına gəlib”.
525.az xəbər verir ki, bu barədə Baş nazirin müşaviri və Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.
"İşçilərin təhlükəsizliyini təmin etmək üçün profilaktik tədbir olaraq bəzi obyektlərdə qaz istehsalı dayandırılıb. Obyektlərin təhlükəsizliyini və əməliyyatların ən yüksək standartlara uyğun olaraq davamlılığını təmin etmək üçün işlər görülür", - rəsmi deyib.
Bazar ertəsi günü Qətərin neft və qaz şirkəti Qatar Energy Ras-Laffan və Mesaiddəki sənaye obyektlərinə edilən hücumlardan sonra mayeləşdirilmiş təbii qaz və əlaqəli məhsul istehsalını dayandırdığını elan etdi. Qətər Müdafiə Nazirliyinin məlumatına görə, bu obyektlər İrandan atılan dronların zərbələrinə məruz qalıb.
Pərvanə Sultanova



