|
|
|
|

“Böyük Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Londonun İrana qarşı hərbi əməliyyatla bağlı mövqeyini tənqid edən açıqlamaları ilə tanışdır, lakin bəyan edir ki, orada iştirak beynəlxalq hüquqa uyğun gəlmir”.
525.az xəbər verir ki, bunu Lankaster Hersoqluğunun kansleri, xüsusi əməliyyatlar naziri Darren Cons bildirib.
"Hamımız Prezidentin sözlərini gördük, amma bu, qanuna və Britaniya maraqlarına əsaslanaraq qərarlar qəbul etməyimizi dəyişdirmir. Birləşmiş Krallıq İranla müharibə etməyəcək", - rəsmi deyib.
Əlavə edib ki, London ABŞ və İsrailin İrana hücumlarına qoşulmayıb, çünki bunun üçün heç bir hüquqi əsas yoxdur.
2 martda Tramp Baş nazir Kir Starmeri "The Daily Telegraph"a verdiyi müsahibədə tənqid edib. Narazılığa səbəb Britaniya Baş nazirinin Vaşinqtona İrana qarşı zərbələr üçün Hind okeanında birgə bazadan istifadə etməyə dərhal icazə verməməsi olub.
Pərvanə Sultanova



