|
|
|
|

İsrail ordusu İsfahanda ballistik raketlərin istehsalı, saxlanması və buraxılışı üçün istifadə edilən obyektə hücum edib.
525.az xəbər verir ki, bu barədə ordunun yaydığı məlumatda deyilir.
"4 mart gecəsi genişmiqyaslı hücumlar zamanı İran boyunca onlarla obyekə hücum edilib. Hücum edilən hədəflər arasında İranın qərbindəki İsfahanda Qədr raketləri də daxil olmaqla ballistik raketlərin saxlanılması, istehsalı və buraxılışı üçün istifadə edilən bir obyekt də var idi", - açıqlamada bildirilib.
Pərvanə Sultanova



