|
|
|
|

“İranın ABŞ ilə danışıqlar üçün heç bir əsası yoxdur, Tehran hərbi əməliyyatları davam etdirməyə hazırdır”.
525.az xəbər verir ki, bunu İranın ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürülən ali liderinin köməkçisi Məhəmməd Möhbər İran televiziyasında bildirib.
“Amerikalılara etibar yoxdur və danışıqlar üçün heç bir əsas mövcud deyil. Əsas məsələ odur ki, biz müharibəni davam etdirməyə qadirik - səkkiz illik münaqişə təcrübəmiz var. Tarix göstərir ki, biz müharibədən qorxmuruq və onu davam etdirməyə hazırıq", - o deyib.
Pərvanə Sultanova



