|
|
|
|

İsrail və ABŞ-ın İrana qarşı hücumları nəticəsində ölənlərin sayı 1045-ə yüksəlib.
525.az xəbər verir ki, bu barədə İran Şəhidlər və Qazilər Fondu məlumat yayıb.
Bildirilib ki, həlak olanlar arasında mülki şəxslərlə yanaşı, hərbçilər də var.
Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyəti daha əvvəl ölkə daxilində hücumlarda 787 nəfərin öldüyünü açıqlamışdı.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana hərbi hücuma keçib.
İran isə buna ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir sıra region ölkələrində müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.
İbrahim Cəfərov



