|
|
|
|

Kubanın mərkəz əyalətlərində elektrik enerjisi tamamilə kəsilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kuba Milli Elektroenergetika Kompaniyası (UNE) məlumat yayıb.
Səbəb Antonio Giteras adına İstilik Elektrik Stansiyasının işində problemlərin yaranmasıdır. Qəza nəticəsində Pinar-del-Rio, Kamaquey, Las-Tunas əyalətləri tamamilə elektrik enerjisiz qalıb. İES-dəki problem üzündən Havananın bəzi rayonlarına qaz təchizatı da dayanıb. Kompaniyadan verilən məlumata görə, təmir işləri 3 günə kimi vaxt apara bilər.
Qeyd edək ki, ötən gün bənzər hadisə İraqda da yaşanmış, ölkə ərazisində bütünlüklə elektrik enerjisinin verilməsi dayanmışdı.
L.Tağıyeva



