|
|
|
|

Bu gün Bufarik hərbi bazası yaxınlığında Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.
Qəza zamanı göyərtədə 6 nəfər olub. 2 pilot aldıqları xəsarətlərdən yerindəcə keçinib. 4 nəfər sərnişin isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
L.Tağıyeva



