|
|
|
|

Dünən Hindistanda uçuş zamanı Su-30MKİ qırıcısı ilə əlaqə kəsilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi-hava qüvvələri sosual şəbəkə hesabında paylaşım edib.
Assam ştatının Corhat şəhərindən havaya qalxan təyyarənin ekipajı sonuncu dəfə yerli vaxtla 19.42-də (Bakı vaxtı ilə 18.12) əlaqəyə çıxıb. Bundan sonra onlarla əlaqə itib.
Qeyd edək ki, qırıcının axtarışlarına başlanılıb. Onun qəzaya uğraması ehtimalı böyükdür.
L.Tağıyeva



