|
|
|
|

Martın 4-də məşhur amerikalı müğənni polis tərəfindən saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.
Kaliforniya polisi Ventura dairəsində müğənninin idarə etdiyi avtomobili saxlayıb. İçkili müğənni polis bölməsinə aparılıb. Dünən səhər isə 42 yaşlı Spirs sərbəst buraxılıb.
Qeyd edək ki, bu, Britni Spirslə bağlı ilk belə hal deyil. Ötən ilin oktyabrında onun sərxoş halda sükan arxasına əyləşdiyini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılmışdı.
L.Tağıyeva



