|
|
|
|

Yunanıstan Bolqarıstanı İranın ballistik raketlərindən qorumaq üçün tədbirlər görəcək.
525.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias bolqarıstanlı həmkarı Atanas Zapryanovla telefon danışığından sonra bildirib.
O deyib ki, ölkəsi şimal ərazisinə “Patriot” hava hücumundan müdafiə batareyası və iki F-16 qırıcı təyyarəsi yerləşdirəcək. Bu barədə
“Mən bolqar həmkarımla telefon danışığı zamanı Yunanıstanın Bolqarıstana bütün lazımi dəstəyi verəcəyini bildiridi. Xüsusilə, Hava Hücumundan Müdafiə Komandanlığının qərarına uyğun olaraq, Bolqarıstanın əhəmiyyətli bir hissəsini ballistik raket əleyhinə müdafiə ilə təmin etmək üçün yaxın bir neçə saat ərzində Yunanıstanın şimalındakı uyğun bir yerə Patriot batareyası yerləşdiriləcək", - Dendias söyləyib.
Pərvanə Sultanova



