|
|
|
|

İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın sabiq ali lideri Seyid Əli Xameneinin yeraltı bunkerinə zərbə endirib.
525.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Əməliyyatda təxminən 50 qırıcı təyyarə iştirak edib.
Qeyd olunub ki, zərbə dəqiq hərbi kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib. Hədəf Tehranın mərkəzində yerləşən yeraltı komanda məntəqəsi olub. Obyekt Xamenei tərəfindən fövqəladə hallar və hərbi əməliyyatlar zamanı təhlükəsiz komandanlıq mərkəzi kimi istifadə edilib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, Xameneinin ölümündən sonra bunker İranın hərbi rəhbərliyi tərəfindən istifadə olunmağa davam edib.
Pərvanə Sultanova



