|
|
|
|

Dünən Assam ştatında yoxa çıxan "Su-30MKİ" qırıcısının aqibəti bəlli olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə qəzaya uğrayıb.
Bu barədə Hindistan Hərbi-Hava Qüvvələrinin mətbuat xidməti sosial şəbəkə hesabında paylaşım edib.
Qəza nəticəsində hər iki pilot həyatını itirib. Hadisənin baş vermə səbəbləri haqqında məlumat verilmir.
Xatırladaq ki, dünən Corhat hərbi bazasından havaya qalxan qırıcı ilə əlaqə Bakı vaxtilə 18.12-də kəsilmişdi.
L.Tağıyeva



