|
|
|
|

Polşa höküməti ölkənin şərq hissəsində hava məkanını 3 aylıq qapadacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aeronaviqasiya Agentliyi məlumat yayıb.
Qərar Polşa ordusu komandanlığının tələbindən sonra qəbul edilib. Məqsəd Belarus və Ukrayna ilə sərhəddə mümkün təhlükələrin qarşısının operativ alınmasıdır.
Martın 9-dan iyunun 10-a kimi ölkənin şərqində 3 min metrdən aşağı bütün uçuşlar qadağan ediləcək.
Qeyd edək ki, uçuşlar mülki və hərbi sanitar təyyarələrə, o da xüsusi göstərişlə icazə veriləcək.
L.Tağıyeva



