|
|
|
|

Bu ilin yayında Kanadada evtanaziya olunan insanların sayı 100 mini keçə bilər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, evtanaziyaya icazə verilən 2016-cı ildən 2024-cü ilə kimi könüllü olaraq ölümü seçənlərin sayı 76475 nəfər olub.
2025-ci ilin məlumatları hələlik açıqlanmayıb. Bu templə davam edəcəyi təqdirdə cari ilin yayında sözügedən rəqəmin 100 mini keçəcəyi gözlənilir. Maraq üçün bildirək ki, 2-ci Dünya müharibəsində Kanada bundan təxminən 2 dəfə az itki vermişdi. Belə ki, 46 minə yaxın kanadalı döyüşlərdə həlak olmuş, 9 minə yaxın əsgər isə itkin düşmüşdü.
Qeyd edək ki, evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insan və ya heyvanın dözülməz ağrılarını dayandırmaq məqsədilə onun həyatına tibbi müdaxilə ilə son qoyulmasıdır.
L.Tağıyeva



