|
|
|
|

Birləşmiş Ərəb Əmirliklərində hərbi helikopter qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.
İdarəetmədən çıxaraq yerə çırpılan nəqliyyat vasitəsinin hər 2 pilotu həlak olub.
Qeyd edək ki, qəzanın texniki nasazlıq üzündən baş verdiyi bildirilir.
L.Tağıyeva



