|
|
|
|

Almaniyanın xarici işlər naziri Yohann David Vadeful bu gün Türkiyəyə səfər edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaderful türkliyəli həmkarı Hakan Fidan ilə görüşəcək.
Görüş zamanı ikitərəfli münasibətlər, Türkiyə-Aİ prosesi və regional inkişaf məsələləri müzakirə olunacaq. Həmçinin müzakirələr Türkiyə ilə Almaniya arasında siyasi, iqtisadi və strateji əməkdaşlıq, eləcə də regional və qlobal inkişafları əhatə edəcək.
Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, görüşdə həmçinin 18 may 2026-cı ildə Berlində keçirilməsi planlaşdırılan və xarici işlər nazirlərinin həmsədrliyi ilə keçiriləcək "Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi"nin üçüncü iclasının ikitərəfli münasibətlərə verdiyi əhəmiyyətli töhfə vurğulanacaq.
İki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi də gündəmdə əsas mövzu olacaq. Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biri olan Almaniya ilə ikitərəfli ticarət həcmi 2025-ci ildə 52,2 milyard dollara çatıb. Hər iki tərəf bu ticarət həcmini qısa müddətdə 60 milyard dollara çatdırmağı hədəfləyir.
İbrahim Cəfərov



