|
|
|
|

Səudiyyə Ərəbistanı Yaxın Şərqə davam edən konflikt başlayana kimi ölkədən 100 milyon barel neft çıxarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt ABC telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, başda Səudiyyə Ərəbistanı olmaqla regionda vəziyyətin gərginliyini əvvəlcədən nəzərə alan ölkələr qabaqlayıcı tədbir kimi böyük miqdarda nefti ölkə xaricindəki anbarlara yerləşdiriblər.
Yeri gəlmişkən, Rayt Hörmüz boğazının İran tərəfindən bağlanacağını əvvəldən ehtimal etdiklərindən buna qarşı müəyyən planlarının olduğunu da bildirib. Amma o, planların detallarını açıqlamayıb.
L.Tağıyeva



