|
|
|
|

Özbəkistan sakini 30 ildən çoxdur ki, SSRİ pasportunu dəyişməyib.
525.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə maraqlı məlumat Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Onarxol Xoldorovna Kubayeva 1972-ci il, dekabrın 21-də Səmərqəndin Nuratinsk rayonunda doğulub. 1991-ci ilin dekabrında SSRİ dağılıb. 1992-ci ildə isə qız Səmərqəndin başqa rayonuna ərə gedib. O vaxtdan Kubayevanın pasportu dəyişmək yadından çıxıb. Ehtiyac yarandıqda isə SSRİ pasportu keçərli olmayıb. Hər halda Ədliyyə Nazirliyi qısa zamanda Kubayevaya Özbəkistan pasportunu təqdim edib.
Qeyd edək ki, sözügedən məlumat sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. İstifadəçilərdən birinin yazdığı şərh isə daha maraqlı alınlb: "SSRİ-nin sonuncu vətəndaşı Səmərqənddə yaşayır".
L.Tağıye



