|
|
|
|

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın yeni lideri Müctəba Xameneinin müalicə üçün Moskvaya gəldiyi iddia edilən xəbərləri şərh etməyib.
525.az xəbər verir ki, bu barədə Rusiya KİV-ri yazıb.
Bir müddət əvvəl xarici media ABŞ-İsrailin hücumu zamanı ağır yaralanan Müctəba Xameneinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığını yazıb.
"Bilirsiniz... biz bu cür xəbərlərə şərh vermirik", - Peskov bildirib.
Pərvanə Sultanova



