|
|
|
|

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.
525.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir.
Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq.



