|
|
|
|

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində 8 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 671 nəfər həlak olub, 1779 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 72 247-ə, yaralıların sayı isə 171 878 nəfərə çatıb.
İbrahim Cəfərov



