|
|
|
|

Yəmənin Həccə şəhərində İranın dəstəklədiyi husi üsyançılarının hücumu nəticəsində uşaqlar da daxil olmaqla 8 nəfər həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun 5-ci Hərbi Bölgə Məlumat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Husilər Həccədə iftar zamanı vətəndaşların toplandığı yerə raket hücumu təşkil edibb.
Hücumda aralarında uşaqların da olduğu 8 nəfər həyatını itirib, yaralananlar da var.
İbrahim Cəfərov



