|
|
|
|

Fransanın Vodos-Abans-de-Ba kommunasının meri Kristian Bersait meşəlik ərazidə ölü tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Po şəhər Prokurorluğu məlumat yayıb.
Hadisə dünən səhər saatlarında baş verib. Bazar günü keçirilən mer seçkilərində əsas rəqibinə məğlub olan Bersait bir müddət zənglərə cavab verməyib. Yaxınları mənzildən pnevmatik silahın yoxa çıxdığı barədə polisi məlumatlandırdıqdan sonra onun axtarışlarına başlanılıb.
Az sonra hazırki merin cəsədi tapılıb. Onun intihar etmə ehtimalı böyükdür. Hər halda polis hadisəni araşdırır.
Qeyd edək ki, Vodos-Abans-de-Bada 750 nəfər yaşayır. Seçkinin nəticəsinə görə seçicilərdən 55 faizi Bersaitin rəqibinə səs verib.
L.Tağıyeva



