|
|
|
|

Hər 4 rusiyalıdan birinin yaşı 60-ı keçib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko Moskvada keçirilən "Cəmiyyətə sağlamlıq" forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən 35,6 milyon rusiyalının yaşı 60-dan yuxarıdır. Faiz göstəricisi ilə bu, 24,4 faizdir. Muraşko 2030-cu ildə sözügedən göstəricinin daha 1 faiz artacağını da bildirib.
Qeyd edək ki, forum dünən işinə başlayıb. 15 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən tədbir bu gün başa çatacaq.
L.Tağıyeva



