|
|
|
|

İranda daha bir məktəb ABŞ-İsrail hücumlarının hədəfi olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi əyalətdə, Xomeyn şəhərində İmam Rza ibtidai məktəbi vurulub.
Ölən və yaralananlar barədə məlumat verilməsə də, məktəbə ciddi ziyan dəyib.
Xatırladaq ki, fevralın 28-də Minabda ibtidai məktəbinə hücum zamanı 139-u 7-12 yaş arası şagirdlər olmaqla, ümumilikdə 185 nəfər həlak olub.
İbrahim Cəfərov



